Bu axşam Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində IV turun növbəti oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, ilk youn günündə azarkeşlər biri-birindən maraqlı 8 qarşılaşmaya şahidlik edəcəklər.
A qrupunun lideri Portuqaliyanın "Porto" klubu səfərdə Ukrayna "Dinamo"su (Kiyev) ilə münasibətlərə aydınlıq gətirəcək. Liderdən 3 xal geri qalan Fransanın PSJ klubu isə öz meydanında qrupun autsaderi "Dinamo" (Zaqreb) ilə qarşılaşacaq.
B qrupunda Almaniya "Şalkes"si səfərdə məğlub etdiyi "Arsenal"ı qonaq edəcək. Qrupun digər oyununda "Olimpiakos" "Monpelye" ilə üz-üzə gələcək.
C qrupunun maraqlı qarşılaşmalarından biri İtaliyada baş tutacaq. İtaliyada "Milan" İspaniyanın "Malaqa" klubunu qonaq edəcək. Qrupun digər görüşündə "Zenit" "Anderlext"lə qarşılaşacaq.
"Ölüm qrupu" kimi dəyərləndirilən D qrupunda "Mançester Siti" səfərdə məğlub olduğu "Ayaks"ı qonaq edəcək. Dortmund "Borussiya"sı isə səfərdə "Real"la (Madriod) münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, IV turun qalan görüşləri sabah axşam keçiriləcək.
6 noyabr
Çempionlar Liqası, III turun oyunları
A qrupu
23:45. PSJ (Fransa) – "Dinamo" (Zaqreb, Xorvatiya)
23:45. "Dinamo" (Kiyev, Ukrayna) – "Porto" (Portuqaliya)
B qrupu
23:45. "Olimpiakos" (Yunanıstan) – "Monpelye" (Fransa)
23:45. "Şalke" (Almaniya) – "Arsenal" (İngiltərə)
C qrupu
23:45. "Milan" (İtaliya) – "Malaqa" (İspaniya)
23:45. "Anderlext" (Belçika) – "Zenit" (Rusiya)
D qrupu
23:45. "Mançester Siti" (İngiltərə) – "Ayaks" (Hollandiya)
23:45. "Real" (Madrid, İspaniya) – "Borussiya" (Dortmund, Almaniya)
