Bu gün İsveçrədə Çempionlar Liqası”nın 1/8 final mərhələsi üçün püşkatama mərasimi keçirilib.
Korner.az-ın məlumatına görə, Nyonda baş tutacaq püşkatma Bakı vaxtı ilə saat 14:30 başlayan püşkamada "cim-bom" ikinci səbətdə yer alıb.
Ümumilikdə, ÇL-in 1/8 final mərhələsində cütlükləri aşağıdakı kimidir:
"Qalatasaray" (Türkiyə) – "Şalke" (Almaniya)
"Seltik" (Şotlandiya) – "Yuventus" (İtaliya)
"Arsenal" (İngiltərə) – "Bavariya" (Almaniya)
"Şaxtyor" (Ukrayna) – "Borussiya" (Almaniya)
"Milan" (İtaliya) – "Barselona" (İspaniya)
"Real" (İspaniya) – "Mançester Yuneyted" (İngiltərə)
"Valensiya" (İspaniya) – PSJ (Fransa)
"Porto" (Portuqaliya) – "Malaqa" (İspaniya)
1/8 final mərhələsinin ilk oyunları fevralın 12-13-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.
