Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Korner.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən mərasim Bakı vaxtı ilə saat 15.00-da başlayıb.
16 komandanın vəsiqə qazandığı mərhələdə Almaniya və İngiltərənin hərəyə 4, İspaniyanın 3, Fransa, İtaliya, Rusiya, Türkiyə, Yunanıstanın isə 1 təmsilçisi mübarzə aparıb. 1/8 finalda qrup mərhələsinin qalibləri 2-ci yer sahibləri ilə görüşəcək. Burada eyni ölkə təmsilçiləri və eyni qrupda çıxış edən komandalar bir-biri ilə qarşılaşa bilməz. Azərbaycanda kifayət qədər azarkeşi olan Türkiyə “Qalatasaray” “Çelsi” il qarşılaşacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 2014-cü il fevralın 18-19, 25-26-da, cavab oyunları isə martın 11-12, 18-19-da keçiriləcək.
Mançester Siti (İngiltərə) – Barselona (İspaniya)
Olimpiakos (Yunanıstan) – Mançester Yunayetd (İngiltərə)
Milan (İtaliya) – Atletiko (İspaniya)
Bayer (Almaniya) – PSJ (Fransa)
Qalatasaray (Türkiyə) – Çelsi (İngiltərə)
Şalke 04 (Almaniya) – Real (İspaniya)
Zenit (Rusiya) – Borussiya (Almaniya)
Arsenal (İngiltərə) – Bavariya (Alrmaniya)
