Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma keçiriləcək.
Bu oyunlardan sonra qrup mərhələsinə yüksələcək 5 komandanın adı bəlli olacaq.
“Qarabağ”ı qitənin ən nüfuzlu klub turnirindən kənarlaşdıran “Viktoriya” (Çexiya) öz meydanında Bolqarıstanın “Ludoqorets” klubunu qəbul edəcək.
“Seltik” (Şotlandiya) İsraildə “Hapoel”in qonağı olacaq.
“Legiya” Polşada “Dandalk”ı (İrlandiya), “Roma” öz meydanında “Portu”nu qəbul edəcək.
23 avqust
Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları
22:45. “Viktoriya” (Çexiya) – “Ludoqorets” (Bolqarıstan)
İlk oyun – 0:2
22:45. “Hapoel” (Beyer-Şeva, İsrail) – “Seltik” (Şotlandiya)
İlk oyun – 2:5
22:45. “Legiya” (Polşa) – “Dandalk” (İrlandiya)
İlk oyun – 2:0
22:45. “Roma” (İtaliya) – “Porto” (Portuqaliya)
İlk oyun – 1:1
22:45. “Monako” (Fransa) – “Vilyarreal” (İspaniya)
İlk oyun – 2:1
