Çempionlar liqası

Benfika, PSV və Srvena Zvezda Çempionlar Liqası qrupunda!

29.08.2018 , 20:00

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Son oyun günündə də üç görüş baş tutub.

ÇL-in 3-cü təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ı mübarizədən kənarlaşdırmış BATE pley-offda PSV ilə qarşılaşıb. Doğma meydanda 2:3 hesabıyla uduzmuş Borisov təmsilçisinin qrup mərhələsinə vəsiqə qazanması çətin görünürdü. Gözlənildiyi kimi, səfərdə daha böyük hesabla məğlub olan Belarus çempionu ÇL-dən kənarlaşdırılıb.

Günün digər oyunlarında “Benfika” səfərdə PAOK-u darmadağınla keçib. “Zalsburq” – “Srvena Zvezda” cütünün qalibi isə səfərdə vurulan qollar sayəsində Serbiya təmsilçisi olub.

Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları

29 avqust

PAOK (Yunanıstan) – Benfika (Portuqaliya) 1:4 (ilk oyun 1:1)

Qol: Priyoviç, 13 – Jardel, 20. Salvio, 26-pen; 49-pen. Pitsi, 39.

PSV (Hollandiya) – BATE (Belarus) 3:0 (3:2)

Qol: Berqveyn, 14. DE Yonq, 36. Lozano, 62.

Zalsburq (Avstriya) – Srvena Zvezda (Serbiya) 2:2 (0:0)

Qol: Dabbur, 45; 38-pen – Nabuhane, 65. Degenek, 66.

Son yazılar

Yuxarı