Bu gün Çempionlar Liqasının və Avropa Liqasının 2013/14 mövsümünün püşkatması keçiriləcək.
Korner.az-ın məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbirdə Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq “Neftçi”nin rəqibi də bu gün müəyyənləşəcək.
Qeyd edək ki, ÇL-in I təsnifat mərhələsinin oyunları 2-3 və 9-10 iyul aralığında, II təsnifat mərhələsinin görüşləri isə 16-17 və 23-24 iyul tarixlərində keçiriləcək.
I təsnifat mərhələsinin iştirakçı komandaları
Səpələnmişlər: "Streymur" (Farer adaları), "Tre Penn" (San Marino)
Səpələnməmişlər: "Lusitanos" (Andorra), "Şirak" (Ermənistan)
"Neftçi"nin 5 potensial rəqibləri bəlli olub. "Ağ-qaralar" I səbətdə "səpələnməmişlər"də yer alan 5 komandadan biri ilə qarşılaşacaq.
I səbət
Səpələnmişlər: “Styaua” (Rumıniya), “Viktoriya” (Çexiya), “Şerif” (Moldova), “Maribor” (Sloveniya), “Neftçi” (Azərbaycan)
Səpələnməmişlər: “Jelezniçar” (Bosniya və Herseqovina), “Skenderbeu” (Albaniya), “Birkirkara” (Malta), “Vardar” (Makedoniya), “Sutyeska” (Monteneqro)
II səbət
Səpələnmişlər: “Seltik” (Şotlandiya), “Legiya” (Polşa), “Elfsborq” (İsveç), “Molde” (Norveç), HJK (Finlandiya), “Ekranas” (Litva)
Səpələnməmişlər: “Hafnarfyordur” (İslandiya), TNS (Uels), “Sliqo Rovers” (İrlandiya), “Kliftonvill” (Şimali İrlandiya), “Dauqava” (Latviya), , “Nomme Kalyu” (Estoniya)
III səbət
Səpələnmişlər: BATE (Belarus), “Dinamo” (Zaqreb, Xorvatiya), “Partizan” (Serbiya), “Slovan” (Slovakiya), “Makkabi” (Təl-Əviv, İsrail), “Dinamo” (Tiflis, Gürcüstan)
Səpələnməmişlər: “Qyor” (Macarıstan), “Ludoqorets” (Bolqarıstan), “Şaxtyor” (Qazaxıstan), “Fola” (Lüksemburq), I təsnifat mərhələsinin 2 qalibi.
—–
Püşkatma az əvvəl başlayıb və "Neftçi"nin rəqibi bəlli olub: “Skenderbeu” (Albaniya).