“Xəzər Lənkəran”ın məğlub etdiyi komanda”Neftçi”nin potensial rəqibləri sırasında.
Ardıcıl üçüncü dəfə Azərbaycan çempionu olan “Neftçi”nin Çempionlar Liqasının 2013/14 mövsümündə II təsnifat mərhələsinin püşkatması zamanı hansı səbətdə yer alacağı müəyyənləşib.
Korner.az-ın məlumatına görə, “ağ-qaralar” səpələnmişlər (güclülər) sırasında yer alacağı dəqiqləşib.
Səpələnmişlər: BATE (Belarus, 39,175), “Seltik” (Şotlandiya, 37,508), “Styaua” (Rumıniya, 35,604), “Dinamo” (Xorvatiya, 25,9160), “Maribor” (Sloveniya, 9,941),“Elfsborq” (İsveç, 8,125), “Makkabi” (Təl-Əviv, İsrail, 8,075), “Molde” (Norveç, 7,835), HİK (Finlandiya, 6,701), “Ekranas” (Litva, 6,300), “NEFTÇİ” PFK (Azərbaycan, 5,708), Çexiya, Polşa və Serbiya çempionları.
Səpələnməmişlər: “Hafnarfyordur” (İslandiya, 4,083), “Qyor” (Macarıstan, 3,850), TNS (Uels. 3,766), “Sliqo Rovers” (İrlandiya, 3,225), “Şaxtyor” (Qazaxıstan, 2,941), “Skenderbeu” (Albaniya, 2,833), “Kliftonvill” (Şimali İrlandiya, 2,116), “Dauqava” (Latviya, 1,658), “Nomme Kalyu” (Estoniya, 1,191), Malta, Monteneqro, Makedoniya çempionları, I təsnifat mərhələsinin 2 qalibi.
Qeyri-müəyyənlər: “Dinamo” (Gürcüstan, 5,333), “Jelezniçar” (Bosniya və Herseqovina. 4,566), Slovakiya, Bolqarıstan, Moldova və Lüksemburq çempionları.