Çempionlar Liqasının 2013/14 mövsümündə II təsnifat mərhələsinin püşkatması zamanı Azərbaycan təmsilçisi “Neftçi”nin səpələnmişlər (güclülər) sırasında yer alacağı məlumdu.
Korner.az-ın məlumatına görə, II təsnifat mərhələsindən başlayacaq 32 klubun hamısı müəyyənləşib.
Səpələnmişlər: BATE (Belarus, 39,175), “Seltik” (Şotlandiya, 37,508), “Styaua” (Rumıniya, 35,604), “Viktoriya” (Çexiya, 28,745), “Dinamo” (Xorvatiya, 25,9160), “Partizan” (Serbiya, 17,425), “Legiya” (Polşa, 13,650), “Şerif” (Moldova, 11,533), “Maribor” (Sloveniya, 9,941), “Slovan” (Slovakiya, 8,341), “Elfsborq” (İsveç, 8,125), “Makkabi” (Təl-Əviv, İsrail, 8,075), “Molde” (Norveç, 7,835), HİK (Finlandiya, 6,701), “Ekranas” (Litva, 6,300), “Neftçi” (Azərbaycan, 5,708), “Dinamo” (Gürcüstan, 5,333)
Səpələnməmişlər: “Jelezniçar” (Bosniya və Herseqovina. 4,566), “Hafnarfyordur” (İslandiya, 4,083), “Qyor” (Macarıstan, 3,850), TNS (Uels, 3,766), “Ludoqorets” (Bolqarıstan, 3,450), “Sliqo Rovers” (İrlandiya, 3,225), “Şaxtyor” (Qazaxıstan, 2,941), “Skenderbeu” (Albaniya, 2,833), “Birkirkara” (Malta, 2,541), “Kliftonvill” (Şimali İrlandiya, 2,116), “Vardar” (Makedoniya, 2,050), “Dauqava” (Latviya, 1,658), “Nomme Kalyu” (Estoniya, 1,191), “Fola” (Lüksemburq, 0,925), “Sutyeska” (Monteneqro, 1,300), I təsnifat mərhələsinin 2 qalibi.