Dünən Çempionlar Liqasında III təsnifat mərhələsinin digər cavab görüşləri keçirilib.
Korner.az-ın məlumatına görə, ikinci oyun günündə daha 12 qarşılaşma baş tutub.
Belə komandalardan biri də bizə yaxın olann "Fənərbağça" olub ki, "sarı-lacıvərdlilər" növbəti mərhələyə adlarını yazdırıblar.
Səfərdə Ruminya "Vaslui"sinə 4:1 hesabı ilə qalib gələn Aykut Kocamanın yetirmələri ÇL-da adlarını "play-off"a yazdırıblar.
Qeyd edək ki, "play-off" mərhələsinin ilk oyunları 21-22 avqust, cavab görüşləri isə bir həftə sonra 28-29 avqustda keçiriləcək.
8 avqust
Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları
20:00. "Dudelanj" (Lüksemburq) – "Maribor" (Sloveniya) (İlk oyun – 1:4) – 0:1
Qol: Mertelj, 79 (0:1)
21:00. "Neftçi" (AZƏRBAYCAN) – "Hapoel" (İroni Kiryat, İsrail) (İlk oyun – 0:4) – 2:2
Qollar: Julius Vobay, 31 (1:0), Barak Badaş, 51 (1:1), Cavid İmamverdiyev, 76 (2:1), Lanzlo Lenkse, 90+1 (2:2)
21:00. "Helsinburq" (İsveç) – "Slask" (Polşa) (İlk oyun – 2:0) – 3:1
Qollar: Diaz, 31 (0:1), Şorum, 43 (1:1), 49 (2:1), 68 (3:1)
22:00. "Ekranas" (Litva) – "Anderlext" (Belçika) (İlk oyun – 0:5) – 0:6
Qollar: Klyestan, 9 (0:1), Praet, 31 (0:2), Lakovenko, 45 (0:3), Şutter, 47 (0:4), Molins, 62 (0:5), Fernando, 87 (0:6)
22:00. "Slovan" (Çexiya) – "CFR Kluj" (Rumıniya) (İlk oyun – 1:0) – 1:2
Qollar: Kapetanos, 45 (0:1), Sural, 58 (1:1), Sougou, 90 (1:2)
22:00. HJK (Finlandiya) – "Seltik" (Şotlandiya) (İlk oyun – 1:2) – 0:2
Qollar: Ledley, 67 (0:1), Samaras, 86 (0:2)
23:00. "Bazel" (İsveçrə) – "Molde" (Norveç) (İlk oyun – 1:0) – 1:1
Qollar: Moström, 32 (0:1), Degen, 75 (1:1)
23:00. "Vasluy" (Rumıniya) – "Fənərbaxça" (Türkiyə) (İlk oyun – 1:1) – 1:4
Qollar: Erkin, 11 (0:1), Nikulae, 14 (1:1), Kuyt, 71 (1:2), 76 (1:3), Sou, 90 (1:4)
23:30. "Brügge" (Belçika) – "Kopenhagen" (Danimarka) (İlk oyun – 0:0) – 2:3
Qollar: Figueras, 24 (1:0), Yorgensen, 61 (1:1), Ofoe, 66 (2:1), Bolanos, 78 (2:2), Santin, 90 (2:3)
23:45. "Partizan" (Serbiya) – "AEL Limassol" (Kipr) (İlk oyun – 0:1) – 0:1
Qol: Junior, 23 (0:1)
23:45. "Panatinaikos" (Yunanıstan) – "Mazervell" (Şotlandiya) (İlk oyun – 2:0) – 3:0
Qollar: Kristodoulopous, 51 (1:0), Mavrias, 75 (2:0), Sisoko, 83 (3:0)
23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Şerif" (Moldova) (İlk oyun – 1:0) – 4:0
Qollar: Vida, 16 (1:0), Beçiray, 34 (2:0), Kop, 78 (3:0), İbanez, 87 (4:0)
