Çempionlar Liqası: mövsümün qalan oyunları bu şəhərdə keçiriləcək
08.06.2020 , 18:06

Koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqasında mövsümün qalan oyunları Portuqaliyanın Lissabon şəhərində keçiriləcək.
Korner.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Mövsümün qalan hissəsi “dördlər finalı” formatında keçiriləcək və bütün oyunlar Lissabonda təşkil olunacaq.
Qərarın İcraiyyə Komitəsinin iyunun 17-də keçirəcəyi iclasda qəbul ediləcəyi bildirilir.
