Avropanın ən nüfuzlu klub turniri Çempionlar Liqası ləğv olunur.
Korner.az-ın məlumatına görə, bu haqda İspaniyanın "Marca" qəzeti yazıb.
Bildirilir ki, Çempionlar Liqası yerinə Avropa Super Liqası təşkil olunacaq.
Sözügedən turnirdə yalnız qitənin Top-5 liqalarında mübarizə aparan klublar iştirak edə bilər. Yeni turnirdə İngiltərədən 5, İspaniyadan 4, İtaliya, Fransa və Almaniya liqalarının hərəsindən 3 klub mübarizə aparacaq. Beləliklə, turnirdə cəmi 18 klub iştirak edə biləcək.
Çempionlar Liqası və Avropa Liqasının alternativi kimi nəzərdə tutulan layihənin həyata keçib-keçməyəcəyi hamı üçün maraqlıdı.
