Çempionlar Liqası II təsnifat mərhələsinə yekun vuruldu
02.08.2018 , 11:10

UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə yekun vurulub.
Azərbaycan çempionu “Qarabağ”ın dogma meydanda Albaniya “Kukesi”si ilə üz-üzə gəldiyi gündə daha 8 qarşılaşma baş tutub.
Ağdam klubu 3-cü təsnifat mərhələsinə yüksələcəyi təqdirdə, HİK – BATE cütünün qalibi ilə üz-üzə gələcəkdi. Bu komandalar arasında da ilk görüşdə qol vurulmamışdı. BATE səfərdə qələbə qazanmaqla “Qarabağ” kimi növbəti mərhələyə yüksəlib.
Çempionlar Liqası
II təsnifat mərhələsinin cavab oyunları
HJK (Finlandiya) – BATE (Belarus) – 1:2 (ilk oyun 0:0)
Qollar: Yaqubi, 28 // Rafinya, 20 (ö.q), Staseviç, 24
Midtyulland (Danimarka) – Astana (Qazaxıstan) – 0:0 (1:2)
Qarabağ (Azərbaycan) – Kukesi (Albaniya) – 3:0 (0:0)
Qollar: Kintana, 24 (p), 57 (p), Con Delarj, 89
Malmö (İsveç) – ÇFR Kluj (Rumıniya) – 1:1 (1:0)
Qollar: Traustason, 55 // Cokoviç, 37
Suduva (Litva) – Srvena Zvezda (Serbiya) – 0:2 (0:3)
Qollar: Nabouhane, 8, Radonyiç, 38.
Bazel (İsveçrə) – PAOK (Yunanıstan) 0:3 (1:2)
Qollar: Varela, 7, Priyoviç, 52, Əl Kadduri, 60.
Videoton (Macarıstan) – Ludoqorets (Bolqarıstan) – 1:0 (0:0)
Qol: Hadziç, 45.
Şturm (Avstriya) – Ayaks (Hollandiya) – 1:3 (0:2)
Qollar: Onana, 89 (ö.q) // Huntelaar, 39, 77, Tadiç, 46
Rusenburq (Norveç) – Seltik (Şotlandiya) – 0:0 (1:3)
