Çempionlar Liqası: həftənin ən yaxşısı kim olacaq?
11.04.2019 , 11:48

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Həftənin ən yaxşısı adına “Liverpul”dan Roberto Firmino, “Ayaks”dan Frenki de Yonq, “Tottenhem”dən Son Hın Min və “Barselona”dan Jerar Pike namizəd göstərilib.
Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
