Bu gün İsveçrənin Nyon şəhərində qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında IV təsnifat mərhələsinin püşkü atılıb. Korner.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 15:00 başlayan mərasimdə klublar ümumilikdə 4 səbətə bölünüb.
Türkiyənin "Fənərbağça" klubu Moskva "Spartak"ının rəqibi olub. "Neftçi"ni mübarizədən kənarlaşdıran İsrail çempionu "Hapoel" isə Belarusiyanın BATE klubuna rəqib olub.
Çempionlar Qrupu
“Bazel” (İsveçrə) – ÇFR (Rumıniya)
“Helsinqborq” (İsveç) -“Seltik” (Şotlandiya)
BATE (Belarus) – “Hapoel” (Kiryat-Şmona, İsrail)
AEL (Kipr) – “Anderlext” (Belçika)
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Maribor” (Sloveniya)
Qeyri-Çempionlar Qrupu
“Lill” (Fransa) – “Kopenhagen” (Danimarka)
“Spartak” (Moskva, Rusiya) – “Fənərbağça” (Türkiyə)
“Braqa” (Portuqaliya) – “Udineze” (İtaliya)
“Malaqa” (İspaniya) – “Panatinaikos” (Yunanıstan)
“Borussiya” (Mönhenqladbax, Almaniya) – “Dinamo” (Kiyev, Ukrayna)
İlk oyunlar 21-22 avqustda, cavab görüşləri bundan 1 həftə sonra olacaq.
