Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Korner.az-ın məlumatına görə, ikinci oyun günündə daha daha 5 qarşılaşma keçirilib.
Azərbaycanlı futbol azarkeşlərinin diqqəti isə Avstriyaya yönəlib. Burada yerli “Zalsburq” “Fənərbağça”nı qonaq edib. Matç heç-heçə bitib.
Qeyd edək ki, III təsnifat mərhələsinin cavab oyunları avqustun 6-7-də keçiriləcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi (ilk oyunlar)
31 iyul
APOEL (Kipr) – “Maribor” (Sloveniya) –1:1
Qollar: Qonçalves, 21 – Tavares, 29
“Molde” (Norveç) – “Legiya” (Polşa) – 1:1
Qollar: Çima, 29 – Dvalişvili, 68
“Ludoqorets” (Bolqarıstan) – “Partizan” (Serbiya) – 2:1
Qollar: Marçelino, 54, Aleksandrov, 67 – Markoviç, 49
“Zalsburq” (Avstriya) – “Fənərbağça” (Türkiyə) – 1:1
Qol: Alan, 68, Kristian Baroni, 90+4
“Seltik” (Şotlandiya) – “Elfsborq” (İsveç) – 1:0
Qol: Kommons, 76
