Ötən gün axşam Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində VI turun oyunlarına start verilib.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma baş tutub.
Günün maraqlı qarşılaşmalarından biri Dortmundda keçirilib. Burada "Borussiya" İngiltərənin "Mançester Siti" klubunu qəbul edib. Futbolçularının dəyəri ümumilikdə 150 milyon avronu keçən "şəhərlilər" bu mövsüm üçün ÇL-də uğursuzluq olağından Almaniyada da, qaça bilməyib. "Borussiya" minimal hesablı qələbə 3xalı ktivinə yazdırıb.
İtaliyada qrupdan çıxmağı təmin etmiş "Milan" "Avropa Liqasında mübarizə aparmaq üçün 3 xala ehtiyacı olan "Zenit"i qonaq edib. İtaliya təmsilçisi necə deyərlər rəqibinin xətrinə dəyməyib.
Qeyd edək ki, ÇL-in qrup mərhələsinə sabah keçiriləcək 8 oyunla yekun vurulacaq.
4 dekabr
Çempionlar Liqası, V tur
A qrupu
23:45. PSJ (Fransa) – "Porto" (Portuqaliya) – 2:1
Qollar: Tiaqo Silva, 30 (1:0), Martinez, 33 (1:1), Lavezzi, 61 (2:1)
23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Dinamo" (Kiyev, Ukrayna) – 1:1
Qollar: Yarmolenko, 45 (0:1), Krstanoviç, 90+4-pen (1:1)
B qrupu
23:45. "Olimpiakos" (Yunanıstan) – "Arsenal" (İngiltərə) – 2:1
Qollar: Rosiçki, 38 (0:1), Maniatis, 61 (1:1), Mitroglou, 73 (2:1)
23:45. "Monpelye" (Fransa) – "Şalke" (Almaniya) – 1:1
Qollar: Hövedes, 56 (0:1), Herrera, 60 (1:1)
C qrupu
23:45. "Milan" (İtaliya) – "Zenit" (Rusiya) – 0:1
Qol: Danni, 35 (0:1)
23:45. "Malaqa" (İspaniya) – "Anderlext" (Belçika) – 2:2
Qollar: Duda, 45 (1:0), Yovanoviç, 50 (1:1), Duda, 61 (2:1), Mbokani, 90 (2:2)
D qrupu
23:45. "Borussiya" (Dortmund, Almaniya) – "Mançester Siti" (İngiltərə) – 1:0
Qol: Şieber, 57 (1:0)
23:45. "Real" (Madrid, İspaniya) – "Ayaks" (Hollandiya) – 4:1
Qollar: Ronaldo, 13 (1:0), Kallehon, 28 (2:0), Kaka, 49 (3:0), Boerrigter, 59 (3:1), Kallehon, 88 (4:1)
