“Real” və “Milan” yarımfinalda!
19.04.2023 , 01:06

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Korner.az xəbər verir ki, “Real” İngiltərədə “Çelsi”nin qonağı olub. Madrid təmsilçisi bu görüşdə 2:0 hesablı qələbə qazanaraq adını yarımfinala yazdırıb.
Gecənin digər matçı İtaliyada baş tutub. “Napoli” burada “Milan”la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə bitsə də, ilk oyunun nəticəsinə görə “Milan” yarımfinala yüksəlib.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
18 aprel
23:00 Çelsi (İngiltərə) – Real (İspaniya) – 0:2
Qollar: Rodriqo, 58, 80
İlk oyun – 0:2
23:00 Napoli (İtaliya) – Milan (İtaliya) – 1:1
Qollar: Jiru, 43, Osimhen, 90+3
İlk oyun – 0:1
