"Çelsi" finalda rəqibini gözləyir.
Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Korner.az-ın məlumatına görə, turnirin son qalibi "Barselona" doğma azarkeşləri qarşısında "Çelsi"ni qonaq edib.
İlk görüşdə 0:1 hesabı ilə məğlub olan Kataloniya təmsilçisi bu məğlubiyyətin revanşını ala bilməyib. İlk hissədə Terri qırmızı vərəqə alaraq "zadəganlar"ı azlıqda qoyub. Bundan sonra "Barsa" daha da aktivləşsə də, London təmsilçisi oyunun sonuna qədər müdafiə futbolu oynayaraq, son dəqiqələrdə Pep Qvardiolanın komandasını cəzalandırıb. – 2:2.
Beləliklə qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında ilk finalçı "Çelsi" olub.
18 aprel
Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları
23:45. "Barselona" (İspaniya) – "Çelsi" (İngiltərə) (ilk oyun – 0:1) 2:2
QOL: Buskes 35, İnyesta 43, Ramires 45, Torres 90
Qırmızı: Con Terri 37
17 aprel
"Real" (Madrid, İspaniya) – "Bavariya" (Almaniya) (ilk oyun – 1:2)
