Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, daha iki yarımfinalçının adı bəlli olacaq.
Öz meydanında “Monako”ya 1:0 hesabı ilə qalib gələn “Yuventus” bu dəfə rəqibi ilə Fransada görüşəcək. İlk oyunda minimal hesablı qələbə qeydə alındığından bugünkü qarşılaşmada komandaların şanslarını bərabər qiymətləndirmək olar.
22 aprel
Çempionlar Liqası, 1/4 finalın cavab oyunları
"Monako" (Fransa) – "Yuventus" (İtaliya) – 0:0
(İlk oyun – 0:1)
"Real" (Madrid, İspaniya) – "Atletiko" (Madrid, İspaniya) – 1:0
(İlk oyun – 0:0)
