UEFA Çempionlar Liqasında çıxış edəcək “Beşiktaş”ın matçlarını canlı yayımlayacaq kanallar bəlli olub.
Korner.az-ın məlumçatına görə, qitənin ən nüfuzlu klub turnirində iştirak edəcək “qara qartallar”ın matçlarını ölkəmizdə “İdman Azərbaycan”, Türkiyədə isə TRT 1 və Tivibu Spor kanalları canlı yayımlayacaq.
Qeyd edək ki, sözügedən televiziya kanalları ÇL-in ötən mövsümkü matçlarını da canlı yayımlamışdı.
