Çempionlar Liqasında 1/8 final mərhələsinə iki oyunla yekun vurulub.
Korner.az-ın məlumatına görə, "Bavariya" öz meydanında "Arsenal"a 0:2 hesabı ilə məğlub olsa da, ilk oyunda qazandığı 3:1-lik qələbə sayəsində 1/4 finala yüksəlib.
Günün digər qarşılaşmasında "Malaqa" "Porto"nu sınağa çəkib. İlk oyunda 1:0 hesabı ilə qaələbə qazanan Portuqaliya təmsilçisi eyni uğuru İspaniyada təkrar edə bilməyib. "Malaqa" hər hissədə vurduu bir qol sayəsində 1/4 finala yüksələn tərəf olub – 2:0.
13 mart
“Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) – 0:2
QOLLAR: Jiru, 3, Koselni, 85
İlk oyun – 3:1
“Malaqa” (İspaniya) – “Porto” (Portuqaliya) – 2:0
QOLLAR: İsko, 43, Santa Krus, 77
İlk oyun – 0:1
