Bu gün UEFA Çempionlar Liqasının final oyunu keçiriləcək.
Korner.az-ın məlumatına görə, həlledici qarşılaşmada "Barselona" və "Yuventus" komandaları üz-üzə gələcəklər.
Çempionlar Liqasında 4 dəfə kuboku başı üzərinə qaldıran "Barselona"nın "Yuventus"la oyunda şansları yüksək qiymətləndirilir.
İki dəfə ÇL kubokunu qazanan "Yuventus" isə "Barsa"yla oyunda növbəti sürprizinə imza atmaq niyyətindədi.
Final
6 iyun
23:45 “Yuventus” (İtaliya) – “Barselona” (İspaniya) 1:3
Qol: Rakitiç, 3, Morata 54, Suarez, 68, Neymar, 90+5
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
