Bu axşam qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində V tura start veriləcək.
Korner.az-ın məlumatına hörə, E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma baş tutacaq.
Azərbaycanlı futbolsevərlərin diqqəti "Türk Telekom" arenaya yönələcək. "Qalatasaray" "Mançester Yunayted"i qonaq edəcək.
Qeyd edək ki, V turun oyunları sabah keçiriləcək 8 oyunla yekun vurulacaq.
20 noyabr
Çempionlar Liqası, V turun oyunları
E qrupu
23:45. "Nordsjaelland" (Danimarka) – "Şaxtyor" (Ukrayna)
23:45. "Yuventus" (İtaliya) – "Çelsi" (İngiltərə)
F qrupu
21:00. BATE (Belarus) – "Lill" (Fransa)
23:45. "Valensiya" (İspaniya) – "Bavariya" (Almaniya)
G qrupu
21:00. "Spartak" (Moskva, Rusiya) – "Barselona" (İspaniya)
23:45. "Benfika" (Portuqaliya) – "Seltik" (Şotlandiya)
H qrupu
23:45. "Qalatasaray" (Türkiyə) – "Mançester Yunayted" (İngiltərə)
23:45. "ÇFR Kluj" (Rumıniya) – "Braga" (Portuqaliya)
