Çempionlar Liqası: 1/8 final mərhələsinin püşkü nə zaman atılacaq?
12.12.2019 , 18:46

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasiminin vaxtı məlum olub.
Korner.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir dekabrın 16-ı saat 15:00-da başlayacaq.
Püşk zamanı komandalar qrupdakı nəticələrinə iki səbətdə yer alacaq. Qrup liderləri səpələnmişlər, ikinci pillənin sahibləri səpələnməmişlər səbətində yer alacaq.
1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək.
Çempionlar Liqası
1/8 final mərhələsinin püşkatması
Səbətlər
Səpələnmişlər: “Barselona” (İspaniya), “Bavariya” (Almaniya), “Yuventus” (İtaliya), “Leyptsiq” (Almaniya), “Liverpul” (İngiltərə), “Mançester Siti” (İngiltərə), PSJ (Fransa), “Valensiya” (İspaniya)
Səpələnməmişlər: “Atalanta” (İtaliya), “Atletiko” (İspaniya), “Çelsi” (İngiltərə), “Borussiya” (Dortmund, Almaniya), “Lion” (Fransa), “Napoli” (İtaliya), “Real” (İspaniya), “Tottenhem” (İngiltərə)
