Çempionlar Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
14.12.2020 , 16:04

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Korner.az xəbər verir ki, püşkatmada iştirak edən 16 komanda iki səbətə bölünüb.
Qrup mərhələsinin 8 qalibi səpələnmiş, ikinci yer sahibləri səpələnməmişlər sırasında yer alıb.
Bu mərhələdə eyni ölkə təmsilçiləri və bir qrupda mübarizə aparan komandalar üz-üzə gələ bilməyəcək. Qrup qalibləri ilk matçı səfərdə, cavab oyununu evdə keçirəcək.
1/8 finalın ilk oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab görüşləri martın 9-10-da və 16-17-də keçiriləcək.
UEFA Çempionlar Liqası
1/8 final
Borussiya (Münhenqladbax, Almaniya) – Mançester Siti (İngiltərə)
Latsio (İtaliya) – Bavariya (Almaniya)
Atletiko (İspaniya) – Çelsi (İngiltərə)
Leyptsiq (Almaniya) – Liverpul (İngiltərə)
Portu (Portuqaliya) – Yuventus (İtaliya)
Barselona (İspaniya) – PSJ (Fransa)
Sevilya (İspaniya) – Borussiya (Dortmund, Almaniya)
Atalanta (İtaliya) – Real (İspaniya)
