Çempionlar Liqası: 1/8 final mərhələsinə start verilir
18.02.2020 , 10:39

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start veriləcək.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Madrid “Atletiko”su doğma azarkeşləri qarşısında son çempion “Liverpul”u qəbul edəcək.
Fransanın PSJ klubu isə Almaniyada Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək.
Sabah daha iki oyun keçiriləcək. “Tottenhem” “Leyptsiq”i, “Atalanta” isə “Valensiya”nı qəbul edəcək.
1/8 finalın digər oyunları 25-26 fevralda keçiriləcək.
Çempionlar Liqası, 1/8 final mərhələsi, ilk oyunlar
18 fevral
00:00 Atletiko (İspaniya) – Liverpul (İngiltərə)
Baş hakim: Şimon Marçinyak (Polşa)
00:00 Borussiya (Dortmund, Almaniya) – PSJ (Fransa)
Baş hakim: Antonio Mateu Lahos (İspaniya)
19 fevral
00:00 Tottenhem (İngiltərə) – Leyptsiq (Almaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
00:00 Atalanta (İtaliya) – Valensiya (İspaniya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
25 fevral
00:00 Çelsi (İngiltərə) – Bavariya (Almaniya)
00:00 Napoli (İtaliya) – Barselona (İspaniya)
26 fevral
00:00 Lion (Fransa) – Yuventus (İtaliya)
00:00 Real (İspaniya) – Mançester Siti (İngiltərə)
