“Real” və “Mançester Siti”dən qələbə
07.04.2021 , 01:25

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
“Mançester Siti” doğma meydanda Dortmund “Borussiya”sını qəbul edib. Görüş ingilislərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər matçı İspaniyada keçirilib. Madrid “Real”ı “Liverpul”la üz-üzə gəlib. “Kral klubu” rəqibini 3:1 hesabı ilə məğlub edib.
Çempionlar Liqası, 1/4 final mərhələsi, ilk oyunlar
6 aprel
23:00 Mançester Siti (İngiltərə) – Borussiya (Dortmund, Almaniya) – 2:1
23:00 Real (İspaniya) – Liverpul (İngiltərə) – 2:1
7 aprel
23:00 Bavariya (Almaniya) – PSJ (Fransa)
23:00 Portu (Portuqaliya) – Çelsi (İngiltərə)
