“Çempionlar Liqasında maraqlı oyunların və bu yarışı izləyənlərin sayı azalır”.
Bu sözləri London “Arsenal”ının baş məşqçisi Arsen Venger deyib. O hesab edir ki, azarkeşlər hər tur bu turnirdə baxmaq üçün cəmi 1-2 matç seçirlər: “Çempionlar Liqasının auditoriyasına fikir verin. Artıq bu turnir əvvəlkitək maraqlı deyil”.
Bununla belə, Venger komandasının ÇL-in qrupunda oynamaq istədiyini söyləyib: “ÇL-də oynamamağımızı özüm üçün bir boşluq hesab edirəm. Amma bu turnirdə 200-a kimi matçım olub. Ona görə də özümü xoşbəxt saya bilərəm”.
