“Çempionatı istədiyiniz formatda bitirin”
08.06.2020 , 13:54

UEFA çempionatı hələ bərpa etməyən ölkələrin federasiyalarına bildiriş göndərib.
Korner.az xəbər verir ki, qitə qurmu assosiasiyalara çempionatları istənilən formatda bitirməkdə sərbəst olduqlarını nəzərə çatdırıb:
“Liqalar barədə qərarı federasiyaların ixtiyarına buraxdığımızı bilməlisiniz. Assosiasiyalar xüsusi tədbirləri nəzərə alaraq, çempionatları istənilən formatla başa vura bilər”.
Ali qitə qurumu mövsümə avqustun 2-də yekun vurulması barədə istəyini məktubda bir daha qeyd edib.
