“İnter” milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən maksimum yararlanacaq.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “bankirlər” fasilə müddətində 1 yoxlama oyunu keçirməyi planlaşdırıb.
Rəqib çempionatın autsayderi olan “Sumqayıt” olacaq. Qarşılaşma noyabrın 16-sı “Şəfa” stadionunda saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “Simurq”la oyundan sonra 3 günlük istirahətə buraxılan “İnter” bugündən etibarən “Neftçi” ilə matçın hazırlıqlarını bərpa edəcək.
