Çempionatda yeni mövsümə start verildi
05.04.2020 , 19:50

Tacikistan çempionatında yeni mövsümə start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Xatlon” “İstaravşan”ı 2:1 hesabıyla məğlub edibsə, “Kuktoş” – “Reqar TadAZ” (0:0) və “Lokomotiv” (Pamir) – “Fayzkand” (2:2) oyunlarında qalib müəyyənləşməyib.
İlk turun qalan iki oyunu isə aprelin 8-də keçiriləcək.
