Sabah Topaz Premyer Liqada cari mövsümə yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, çempionatda sonuncu – XXXVI turun mərkəzi görüşündə “Kəpəz” Gəncədə “Qəbələ”ni qəbul edəcək.
Mövsümün son oyunu ilə bağlı Gəncə klubunun baş məşqçisi Şahin Diniyev kapazpfc.az saytına açıqlama verib:
“Bu gün çempionatda maraqlı vəziyyət yaranıb, üç komanda bürünc medallara iddialıdır. Hər üç klub da mübarizəni sona kimi davam etdirir. Bu səbəbdən həm “Kəpəz” – “Qəbələ”, həm də “İnter” – “Zirə” oyunları vacibdir. Biz meydançaya üç xal üçün çıxacağıq. Nəyə nail olacağımızı oyun göstərəcək. Mövsümün sonuncu görüşü olmasına baxmayaraq komanda rəqibə qarşı əzmlə, məsuliyyətlə mübarizə aparacaq”.
