“Fənərbağça” klubunun futbolçusu Bruno Alves ciddi zədə alıb.
Korner.az-ın məlumatına görə, portuqaliyalı oyunçu 10 gün yaşıl meydanlardan uzaq qalacaq. Təcrübəli müdafiəçinin sol ayağın yuxarı əzələ pərdəsində yırtıq aşkar edilib.
Qeyd edək ki, Bruno dünən “Fənərbağça”nın heyətində Türkiyə Superkubokunun qalibi olub.
