Çembers üçün mövsüm bitdi
02.01.2020 , 17:52

“Arsenal” klubunun futbolçusu Kalum Çembers sıradan çıxıb.
Korner.az xəbər verir ki, müdafiəçi Premyer Liqanın 20-ci turunun “Çelsi” ilə matçında (1:2) zədələnib.
İngiltərə mətbuatının xəbərinə görə, futbolçu mövsümün qalan hissəsində forma geyinə bilməyəcək.
