“Çelsi”yə yaxşı xəbər: Palmer məşqlərə başladı
24.11.2025 , 21:33
“Çelsi”nin baş məşqçisi Enzo Mareska zədəli yarımmüdafiəçi Kol Palmerin vəziyyəti barədə danışıb.
Korner.az xəbər verir ki, ev şəraitində ehtiyatsızlıqdan ayaq barmağını sındıran futbolçu üçün xüsusi butsi hazırlanıb. Mütəxəssisin sözlərinə görə, bu butsi Palmerə artıq məşqlərə başlamağa və topla işləməyə imkan verib. Mareska oyunçunun özünü yaxşı hiss etdiyini və qısa zamanda komandaya qoşulacağının gözlənildiyini bildirib.
Qeyd edək ki, Palmer daha əvvəl “Bernli” ilə matçı (2:0) buraxmışdı. Onun yaxın günlərdə keçiriləcək “Barselona” və “Arsenal” görüşlərində də forma geyinməyəcəyi açıqlanmışdı.