“Çelsi”yə son 1 addım
01.05.2023 , 12:35
İngiltərə Premyer Liqasında keçirilən son 6 oyunda qalib gələ bilməyən “Çelsi” Maurisio Poçettinonu baş məşqçi postuna gətirməyə hazırlaşır.
Korner.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrizio Romano məlumat yayıb.
Tərəflərin anlaşdığı, 51 yaşlı mütəxəssislə yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.
Maurisio Poçettino son olaraq PSJ-ni çalışdırıb.