Londonun “Çelsi” klubunun müdafiəçisi David Luiz bu komandaya geri qayıtmağına görə peşman deyil.
Korner.az-ın məlumatına görə, o bu barədə “Sky Sports”a açıqlamasında deyib:
“Mən heç vaxt asan yolla getmirəm, bu səbəbdən risk etdim və peşman olmadım. “Çelsi”yə görə qazancımın azalmasına da göz yumdum. Qərarım məni tam olaraq qane edir”
