“Çelsi”nin yeni transfer hədəfi
02.04.2025 , 22:58

“Vilyarreal”ın hücumçusu Terno Barri yayda klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, fransalı futbolçu karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
22 yaşlı oyunçunun xidmətində “Çelsi”nin maraqlı olduğu bildirilir.
London klubu Barri üçün yaxın zamanda danışıqlara başlamağa hazırlaşır.
“Çelsi” forvard üçün 40 milyon avroluq təklif göndərəcək.
