“Çelsi”nin yeni transfer hədəfi
21.10.2024 , 17:30

“Şaxtyor”un yarımmüdafiəçisi Georgi Sudakov klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, futbolçu karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Ukraynalı oyunçunun xidmətində “Çelsi” maraqlıdır.
London klubu 22 yaşlı futbolçu üçün 78 milyon avro təklif etməyi düşünür.
