İngiltərənin "Çelsi" klubunun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, "zadəganlar"ı bundan sonra ispanliyalı baş məşqçi Rafel Benitez çalışdıracaq.
London klubunun rəsmi saytı bu barədə məlumat yayıb.
Daha öncə "Liverpul"un baş məşqçisi olmuş Benitezin qazandığı uğurlu nəticələr onun "Çelsi"yə təyinatına zəmin yaratdı.
Belə ki, iki dəfə İspaniya çempionluğu, bir dəfə UEFA Avropa Liqasının, Çempionlar Liqasının və "FA CUP"un qalibi olan Benitez istefaya göndərilən Di Matteonu əvəzləyib.
