İngiltərənin “Çelsi” klubunun müdafiəçisi Eşli Koul yanvarda komandasını tərk etməyi düşünür.
Korner.az-ın məlumatına görə, o, Amerikanın “Red Bullz” klubuna keçəcək.
Buna səbəb Eşlinin son vaxtlar “Çelsi”nin əsas heyətindəki yerini itirməsi olub. O İngiltərə milli komandasındakı mövqeyini qorumaq üçün belə bir addım atacaq. Futbolçu “Red Bullz”un heyətində daim meydanda olacağına ümid edir.
