“Çelsi”nin sabiq qapıçısı vəfat etdi
13.04.2020 , 16:49

İngiltərə millisinin və “Çelsi” klubunun sabiq qapıçısı Peter Bonetti dünyasını dəyişib.
Korner.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Keçmiş qolkiperin 78 yaşında vəfat etdiyi diqqətə çatdırılıb. Onun uzun müddətdi ağır bir xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, Peter Bonetti “Çelsi”nin heyətində 729 matçda meydanda olub.
