“Çelsi”nin sabiq futbolçusunun evi qarət edildi
01.04.2020 , 19:53

“Çelsi”nin sabiq futbolçusu Eşli Koulun evi qarət edilib.
Korner.az xəbər verir ki, arxa qapıdan evə girən maskalı oğrular 39 yaşlı keçmiş müdafiəçini stula bağlayıb, evdən pul və zinət əşyalarını aparıblar.
Xatırladaq ki, futbolçu ötən il karyerasını başa vurub.
