"Çelsi"də uğursuzluqlara düçar olduqdan sonra vəzifəsindən azad edilən sabiq baş məşqçi Anre Villas Boaş İtaliya A Seriası klublarından birinə keçə bilər.
Korner.az-ın məlumatına görə, çalışdırıcı ilə daha çox "Roma" klubunun maraqlandığı bildirilir. Baş məşqçiləri Luis Enrikedən narazı olan "canavarlar"ın rəhbərliyi klubun başına 34 yaşlı portuqaliyalı çalışdırıcını gətirmək istədikləri yayılan xəbərlər arasındadır. Qeyd edək ki, Villas Boaşın adı La Liqa klublarından "Valensiya" ilə də hallanırdı.
