Bir müddət əvvəl “Çelsi”nin baş məşqçisi Joze Mourinyonun qovduğu komandanın qadın həkimi Eva Karneyro barədə şok açıqlamalar verilib.
Korner.az-ın məlumatına görə, bu dəfə onunla bağlı keçmiş sevgilisi Rupert Patterson-Uard şok açıqlamalar verib.
Patterson-Uard 15 aylıq münasibətləri barədə məlumat verib:
“Eva həyatımı məşv etdi. Onunla ailə qurmaq istəyirdim, amma məni saqqız kimi çeynəyib, yerə tüpürdü. Heç kim onun gerçək üzünü bilmir. Tam bir seks dəlisidi. Bir dəfə məni yataq otağına apardı və “sani müalicə etməliyəm” deyərək paltarlarımı əynimdən cırıb çıхardı. O, istədiyini hər zaman ala bilən acımasız bir qadındı”.
