“France Football” nəşri Fransada 2017-ci ilin ən yaxşı futbolçusunu seçib.
Fransada bundan əvvəlki illərin ən yaxşı oyunçuları arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, “Çelsi”nin yarımmüdafiəçisi N’Qolo Kante birinci olub. O, 90 xal toplayıb. Kilian Mbappe (PSJ) və Kərim Benzema (“Real”) 52 xalla 2-3-cü pillələrdə qərarlaşıb.
Kante bu mövsüm 21 matçda 1 qol vurub.
