Mövsümə iddialı başlayan "Fənərbaxça" klubu heyəti daha da gücləndirmək yolunda çalışmaları davam etdirir. Korner.az– ın məlumatına görə, İstanbul təmsilçisi "Çelsi"nin qanalı futbolçusu Mayk Esyenı almaq fikrində qərarlıdır. İngiltərə mətbuatının xəbərinə görə, "Fənər" futbolçu üçün 8 milyon avro ödəməyə belə hazırdır.
