“Çelsi” transfer fəaliyyətini davam etdirir.
“Mavilər” “Bavariya”nın forvardı Robert Levandovskini hədəfə alıb. Agentini dəyişdirən və Münhen klubundan ayrılmaq istəyən Robert karyerasını başqa ölkədə davam etdirmək istəyir. Lakin Bundesliqa klubu 2021-ci ilə qədər müqaviləsi olan 29 yaşlı forvardı buraxmaq istəmir. “Çelsi” isə Alvaro Morato və Mişi Batşuayinin satışından bu keçidi həll etməkdə israrlıdır.
Polşa millisinin üzvü 2014-cü ildən “Bavariya”da çıxış edir.
