“Çelsi”nin Leau planı
16.05.2023 , 10:06
“Çelsi” “Milan”ın portuqaliyalı ulduzu Rafael Leaunu transfer edə bilər.
Korner.az xəbər verir ki, digər tərəfdən, “Milan” Leaunu heyətdə saxlamaq və müqaviləsini uzatmaq istəyir.
“Daily Mail”də yer alan xəbərə görə isə London klubu ulduz futbolçuya 131 milyon avroluq təklif irəli sürəcək.
2019-cu ildə “Lill”dən transfer olunan futbolçu 159 matçda 40 qol vurub və 34 məhsuldar ötürmə edib.