"Çelsi"nin futbolçusu Andre Şürle yaxın müddətdə rəsmən "Volfsburq"un oyunçusu olacaq.
Korner.az-ın məlumatına görə, Almaniya təmsilçisi 24 yaşlı futbolçunun transferi üçün 30 milyon avro ödəyəcək.
Bundan əlavə, müqaviləyə əsasən, "Çelsi"yə futbolçunun çıxışından asılı olaraq müxtəlif bonuslar da ödənilə bilər.
Şürlenin "Volfsburq"la müqaviləsi 2019-cu ilə qədər nəzərdə tutulub.
